Forex nədir? | Foreks ticarəti - Foreks bazarı

Son dövürlərdə ölkəmizdə foreks ticarəti, maliyyə bazarlarında ticarət olduqca geniş yayılmışdır. Bəs Foreks nədir?

“Foreign Exchange” birləşməsindən yaranan bu termin valyuta məzənnələrinin qiymət fərqinə əsasən aparılan alış və satış əməliyyatlarını ifadə edir. Dünyanın ən böyük valyuta bazarı olan bu bazar, fiziki bir məkanda mövcud olmadığı üçün birjadan kənar ticarət hesab olunur.

Foreks bazarının digər bazarlardan əsas fərqi ticarətin 5 gün 24 saat mümkün olmasıdır. Bu hal sizi təccübləndirə bilər, lakin dünya ölkələrinin saat quşaqlarının fərqli olmasını nəzərə alsaz bunun mümkün olduğunu görəcəksiz.

Foreksin tarixi


Ən qədim zamanlardan bu günədək insanlara bir şey əldə etmək üçün müqabilində onlara dəyərli olan əşyalarını qarşılıq olaraq vermək davranışı aşılanıb. 20-ci əsrin əvvələrinə qədər bu alış veriş üçün əsas ticarət vahidi qızıl hesab edilirdi.

Ötən əsrin 30-cu illərində isə Amerikada yaşanan böhran, qlobal miqyasda yayıldı və bu qızılla vahid ticarət sistemini iflic etdi.

Bu məsələni aradan qaldırmaq, kiçik ölkələrə dəstək ola bilmək məqsədi ilə İsveçrədə Beynəlxalq Hesablaşmalar Bankı (BHB) yaradıldı. Bank for International Settlements (BIS)

1944-cü ildə isə indiki foreks bazarının təməl müddəlarının əsası qoyulmuşdur. Belə ki, “Bretton-Wood” konfransının nəticəsində aşağıdakı müddəalar öz əksini tapmışdır:

  1. Beynəlxalq iqtisadi münasibətləri tənzimləyici qurum kimi Beynəlxalq Valyuta Fondu (BVF) təyin edildi. International Monetary Fund (IMF)
  2. Bu quruma üzv ölkələr üzvlük haqqı ödəməli idilər və ödəniş qızıl və ya yerli valyuta ilə qəbul olunurdu.
  3. ABŞ Dolları və Böyük Britaniya Funtu beynəlxalq valyuta kimi qəbul edildi və.s

Bütün bu tədbirlər foreks bazarının təməllərini təşkil etsə də, bu likvidliyi və nəhəngliyi ilə bilinən foreks bazarının təməli 1973-cü ildə qoyulmuşdur.

Dollardan sonra ən çox ticarət edilən avro 1999-cu ildə Avropanın pul vahidi olaraq birjaya buraxıldı.

Ölkəmizdə isə maliyyə bazarlarında ticarət "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli Qanununa əsasən tənzimlənir.

İlk dəfə foreks ticarətinin yerli birjada istifadəsi Bakı Fond Birjası tərəfindən həyata keçirilmişdir.

Hazırda, Azərbaycanda morjinal ticarət kimi də adlandırılan foreks ticarəti Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə əsasən rəsmi qaydada tənzimlənir.

Foreks bazarında hansı alətlər alınıb-satıla bilər?


Dediyimiz kimi dünyanın ən böyük ticarət bazarı olan foreks ticarəti ilə 100-dən çox maliyyə alətində ticarət etmək mümkündür. Ən populyar ticarət alətləri isə valyuta cütlükləri, əmtəələr və birja indeksləridir.

Hər ölkənin rəsmi valyutası özünə məxsus simvollarla foreks bazarında öz əksini tapır.

Məsələn : USD-ABŞ Dolları, EUR-Avro, JYP-Yapon Yeni, GBP-İngiltərə Funt-Sterlinqi, CAD-Kanada Dolları, AUD-Avstraliya Dolları, CHF-İsveçrə Frankı və.s

Ən çox ticarət olunan valyuta cütlüyü EUR/USD hesab olunur. Bu avronun dollara nisbəti kimi ifadə olunur.

Əmtəələr isə keçmiş zamanlardan ticarətdə istifadə edilən vasitələr hesab olunur. Foreks bazarında 4 növ əmtəə ilə ticarət aparmaq mümkündür:

  1. Qiymətli metallar. Hansı ki, bu kateqoriyadan olan alətlərlə foreksdə ticarət apara bilərsiniz: qızıl, gümüş, platin, mis.
  2. Enerji ehtiyatlarına isə adiddir: neft, təbii qaz və benzin
  3. Eyni zamanda heyvandarlıq və kənd təsərrüfatı məhsulları ilə də asanlıqla ticarət apara bilərsiniz.

Günümüzdə ən populyar əmtəələr isə neft və qızıldır desək yalan olmaz. Üstəlik neft iləm həm müqaviləli, həm də müqaviləsiz şəkildə ticarət etmək mümkündür.

Əmttələrin qiymətləri ölkələrin iqtisadi və siyasi inkişafından sıx asılı olduğu üçün bu bazarda ani qiymət dəyişiklikləri treyderləri təəccübləndirmir. Bu likvidliyə görə əmtəələr ən riskli ticarət alətlərindən hesab edilir.

Foreks və Valyuta bazarı arasındaki fərqlər hansılardır?


Valyuta məzənnələrinin dəyişdirilməsini yəqin ki, hər birimiz bilirik. Bir ölkənin pul vahidini digər valyuta vahidinə dəyişmək. Loru dildə desək, bu zaman biz pulu əmtəə kimi alıb və satırıq.

Foreks ticarəti izə bu valyuta mübadiləsinin ən asan yolu hesab edilə bilər. Belə ki, heç yerə getmədən, istədiyiniz zaman, daha sərfəli qiymətə və ən əsası istənilən həcmdə olan pul vəsaitinizi, başqa valyuta ilə əvəzləyə bilərsiniz. Bu valyuta məzənnələri foreksdə valyuta cütlüyü adlanır.

Valyuta cütlüyü dedikdə yerli valyutanın, xarici valyuta vahidinə olan nisbəti və əksi başa düşülür.

Valyuta cütlükləri əsasən qlobal bazarlarda ticarət həcminə görə iki cür kateqoriyalandırılır:

Əsas valyuta cütlükləri və eqzotik valyuta cütlükləri.

AUD/USD, GBP/USD,EUR/USD, USD/CAD, USD/JPY, USD/CHF - əsas valyuta cütləri qalanları isə eqzotik adlandıra bilərik.

Foreks bazarının üstünlükləri və riskləri nələrdir?


Hazırda günlük ticarət həcmi 7.2 trilyon dollar olan foreks bazarı, ən böyük valyuta birjası olmaqla yanaşı bir çox üstünlüklərinə görə də investorlara geniş imkanlar qazandırır. Belə ki, günün istənilən vaxtı siz foreks ticarəti ilə məşğul ola, alqı-satqı apara bilərsiniz. Eyni zamanda foreks ticarəti iki istiqamətli ticarət imkanı yaradır. Yəni siz, yalnızca aldığınız alətin qiymət artımından yox, qiymət enişindən də gəlir əldə edə bilərsiniz. Valyuta cütlükləri, neft, qızıl, indekslər və fərq müqavilələri (CFD kontraktları) kimi 100-dən çox alətin mövcud olduğu foreks bazarında ticarət olduqca likvid və sürətlidir.

Eyni zamanda foreks ticarətini elektron formada internet bağlantısı olan hər yerdə apara bilərsiniz. Etməli olduğunuz tək şey isə hesab açmaq və ticarət platformasını cihazınıza yükləməkdir.

Foreks ticarətinin daha bir üstünlüyü kiçik məbləğlərlə ticarətin mümkün olmasıdır. Hazırda ölkəmizdə foreks ticarəti zamanı peşəkarlıq səviyyəsindən asılı olaraq investorlara 1:50 və 1:100 nisbətində kredit çiyni verilir. Bu kredit dəstəyi, ticarət zamanı daha iri həcmdə əməliyyatlar açmaq imkanı yaradır.

Lakin hər işdə olduğu kimi foreks ticarətində də müəyyən risklər mövcuddur. Bazar çox likvid olduğu üçün qərar qəbulu üçün her gecikdiyiniz saniyə sizin balansınızda mənfi formada öz əksini tapa bilər. Foreks ticarəti kənar iqtisadi təsirlərə çox qısa müddətdə reaksiya verdiyi üçün bu bazar riskli hesab edilə bilər. Lakin siz düzgün analiz edib, bazarı mütəmmadi müşahidə etsəniz və ticarət zamanı zərərin qarşısını alan əmrlər icra etsəniz təbii ki, əməliyyatlarınızın böyük hissəsi uğurla sonlanacaqdır.

Xəbərlərin Foreks bazarı üzərindəki təsiri


Uğurlu investisiya siyasəti yürüdə bilmək üçün ilk öncə qiymət dəyişikliklərinə və bazarın istiqamətinə təsir edə biləcək faktorları araşdırmaq və öyrənmək lazımdır. Bu faktorlar bazarda ani qiymət dəyişkliyi yaradaraq sizə çoxlu gəlir gətirə və tam əksi mənzərəni yarada bilər.

Məhz bu faktorları öyrənən metoda fundamental analiz deyilir. Fundamental analiz bazara təsdir edən bütün iqtisadi və siyası faktorların məcmusunu müşahidə edən analiz növüdür.

Foreks ticarətinin ən çətin hissəsi də məhs buradan başlayır. Belə ki, müxtəlif nəhəng ölkələrdə açılqanan iqtisadi və siyasi xəbərlər nəyinki onun özünün, eləcə də qlobal maliyyə ticarətinin istiqamətinin dəyişməsinə təkan verə bilər.

Bu göstəricilərə əsasən faiz dərəcələri, iqtisadi artım göstəriciləri (ümumi daxili məhsul, sənaye məhsulu istehsalı həcmi), işsizlik göstəricisi, inflyasiyanın cari və təxmin olunan dərəcəsini misal göstərə bilərik.

Fundamental analiz əsasən aşağıdakı 3 bənd üzərində formalaşır :

  1. Mikroiqtisadi göstəricilərin valyuta ticarətinə təsiri;
  2. Mərkəzi bankların valyuta siyasəti;
  3. Qlobal maliyyə bazarlarında cari vəziyyət və qiymət tendensiyaları.

Makroiqtisadi göstəricilər əsasən həftənin öncədən müəyyən edilmiş günlərində ictimaiyyətə açıqlanır. Bu xəbərdən öncə isə analitiklər və investorlar, analizləri əsasında müəyyən gözləntilər irəli sürürlər. Məsələn, gəlin faiz dərəcəsinin ABŞ dollarına təsirinə nəzər salaq.

Bu göstərici Amerika Mərkəzi Bankı (FED) tərəfindən açıqlanır. Əgər göstəricinin artırıldığı açıqlanırsa bu Amerika dollarının qiymətinin artacağına işarə edir.

Bütün ölkələrin ümumi daxili göstərəcisi (ÜDM) inkişafdan asılı olaraq müxtəlif olur. Bu göstərəci ölkədə ümumi iqtisadi vəziyyəti və onun istiqamətini müəyyən etməyə kömək edir.

Əgər ölkədə ÜDM göstəricisi artıbsa, bu ölkənin iqtisadi cəhətdən inkişaf etdiyini göstərməklə yanaşı pul vahidinin də dəyər qazanacağına işarə edir.

ÜDM gözləniləndən aşğıdırsa bu ölkənin iqtisadi inkişafda gerilədiyini və pul vahidinin öz dəyərini itirəcəyini ifadə edir.

Foreks bazarında ticarət zamanı uğurlu olmaq üçün ipucları və Foreks ticarətində tez-tez edilən xətalar


Foreks bazarı son dövrlərin ən çox yayılan ticarət növü olmaqla yanaşı əlavə gəlir mənbəyi kimi qəbul edilir. Bütün bunlar doğrudur, lakin bəzən insanlar bu ticarəti oyunla eyniləşdirirlər. Bu isə çox yalnış bir hipotezdir. Belə ki foreks ticarətini sadəcə əlavə gəlir mənbəyi kimi yox, bir peşə kimi mənimsəyən şəxslər daimi uğura çata bilir.

Vəsaitinizi artırmaq, ticarətdə uğur qazanmaq üçün ilk öncə düşünülmüş və analiz edilmiş addımlar atmalısınız. Bunun üçün isə təbii ki, hər sahədə olduğu kimi bu sahədə də baza biliklərə ehtiyacınız olacaqdır.

Bunun üçün internet üzərindən araşdırma apara, bazarlarla tanış ola və yaxud ölkəmizdə də artıq fəaliyyət göstərən peşəkar foreks kurslarına yazıla bilərsiniz.

Foreks ticarəti apararkən müxtəlik analizlər aparmağınız sizə doğru qərar verməkdə yardımçı olacaqdır.

Fundamental analiz: Bu analiz növü əsasən dünyada baş verən yeniliklər, iqtisadi və siyasi xəbərlərin maliyyə bazarlarına cari və gözlənilən təsirinin ölçülməsinə əsaslanır. Bu analizi apara bilməyiniz üçün qlobal maliyyə bazarlarını yaxından izləməli, hər gün çıxan xəbərlərin ticarətin istiqamətinə necə təsir edəcəyini müşahidə etməlisiniz.

Digər analiz növü isə texniki analizdir, hansı ki, siz burada qısa və uzun müddətli şam fiqurlarını izləməli onları analiz etməyi bacarmalısınız.

Bütün bu analiz və araşdırmaların sonunda isə, siz öz doğru olduğuna inandığınız qərarınızı verib, ticarətə başlaya bilərsiniz.

Foreks ticarəti zamanı hər kəs uğurlar və uğursuzluqlar yaşaya bilər. Əsas odur ki, indi sizə deyəcəyimiz məsləhətlərlə tez-tez edilən xətalardan özünüzü qoruyun:

  1. Başqalarının fikiri ilə ticarət etməyin, öz araşdırmanız qərarınız olsun.
  2. Səhvlərinizdən dərs çıxarmağı bacarın.
  3. Nəfsinizin sizə güc gəlməsinə icazə verməyin. Əməliyyatınızı açacağınız və bağlayacağınız zamanı dəqiq bilin.
  4. Bütün vəsaitinizi bir alət üzrə investisiya etməyin. Bu balansınızı 0-laya bilər.
  5. Səbr etməyi, gözləməyi və emosialarınızı idarə etməyi bacarın. Unutmayın ki, əsl peşəkar investor itirdiyi məbləğin həcmindən asılı olmayaraq özünü cilovlamağı bacarır. Çünki, öz ticarət strategiyasına güvənir və qazanacağını bilir.
  6. “Stop loss” qoymağı unutmayın.
  7. Hedcinq etmək (əks əməliyyat açmaq) sizin balansınızın sabitliyini qoruyacaqdır.

Sonda unutmayın ki, dələduzluq hallarının artdığı bir vaxtda, ölkəmizdə foreks ticarətinə başlamaq üçün ilk öncə rəsmi lisenziyalı şirkətlərə müraciət etməlisiniz.

Unicapital İnvestisiya Şirkətinin “UForex” xidməti artıq 10 ildən artıqdır ki, bu sahədə rəsmi lisenziya ilə və sərfəli şərtlərlə fəaliyyət göstərir.

Ödənişsiz demo hesab açaraq ticarət biliklərinizi və praktiki təcrübənizi artıra dah sonra isə sadəcə 50 usd ilə real foreks hesabı açaraq maliyyə bazarlarına birbaşa çıxış əldə edə bilərsiniz.

Limitsiz və komissiyasız mədaxil məxaric şərtləri sizə maneəsiz ticarət etməkdə dəstək olacaq.

Üstəlik, şirkətin bütün bilik kateqoriyalarını əhatə edən, peşəkar təlimçi, treyderlər tərəfindən tədris edilən kursları da mövcuddur.

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close