Foreks bazarının həftəlik təqvimi və analitikası 18.09.2023 - 24.09.2023

Ötən həftə maliyyə bazarlarında yüksək dinamika müşahidə olunub.

Belə ki, AMB gözləntilərdən fərqli olaraq faiz dərəcəsini 25 baza vahidi qədər yüksəltdi.

Rusiya bankı isə ehtimal olunduğu kimi faiz dərəcəsini 100 baza vahidi qədər yüksəltdi.

Cari həftə eyni dinamikanın davamı gözlənilir. Belə ki, Amerika, İsveçrə və

İngiltərə Mərkəzi Bankları faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaqlar.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

19 sentyabr

13:00 – İstehlakçı Qiymət İndeksi (avqust).

Ötən həftə AMB-nın mətbuat konfransında bankın sədri Laqard sualları cavablandırarkən bildirib ki,

faiz artımının nə qədər davam edəcəyi haqda hələ dəqiq müzakirələr aparılmayıb.

Eyni zamanda vurğulayıb ki, bankın faiz artımında hələ pik səviyyədə olduğunu qeyd etmək olmaz.

Qeyd edək ki, bank faiz dərəcəsini növbəti dəfə 25 baza vahidi qədər yüksəldib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0780, 1.0850

- Eniş hədəfləri: 1.0600, 1.0500

Böyük Britaniya

20 sentyabr

10:00 – İstehlakçı Qiymət İndeksi (avqust).

21 sentyabr

15:00 – İngiltərə Bankının Uçot faiz dərəcəsi ilə bağlı qərarı;

15:30 – İngiltərə Bankının İnflyasiya ilə bağlı məktubu.

Ötən həftəni funt yenə də zəif mövqedə tamamlayıb.

Cari həftə İngiltərə Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq və ehtimallara görə,

bank 25 baza vahidi qədər artıma gedəcək. Bazar iştirakçılarının ehtimallarına görə,

bank yumşaltma siyasətinə keçid etsə də, digər banklarla müqayisədə bunu daha zəif templə edəcək.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2550, 1.2700

- Eniş hədəfləri: 1.2300, 1.2130

İsveçrə

21 sentyabr

11:30 – İsveçrə MB-nın Uçot faiz dərəcəsi ilə bağlı qərarı (3-cü rüb);

12:00 – İsveçrə MB-nın mətbuat konfransı.

İsveçrə frankı cari ildə dollara nisbətdə dayanıqlıq sərgiləyən valyutalardan biri olub və

nəticədə 3.5% bahalaşıb. İnflyasiya geriləyərək 2% altına ensə də,

bu səviyyədə dayanıqlığını təmin etmək üçün bank bir müddət sərt addımların saxlanılmasının tərəfdarıdır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.9020,0.9100

- Eniş hədəfləri: 0.8830, 0.8750

ABŞ

20 sentyabr

18:30 – Xam neft ehtiyatları;

22:00 – FOMS-un İqtisadi proqnozları;

22:00 – FOMS-un açıqlaması;

22:00 – FES-in Uçot faiz dərəcəsi ilə bağlı açıqlaması;

22:30 – FOMS-un mətbuat konfransı.

21 sentyabr

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

22 sentyabr

17:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (sentyabr).

Dollar ötən həftənin ilk yarısında qismən geriləsə də,

həftə sonunu artım mövqeyində tamamlayıb.

Açıqlanan bir sıra iqtisadi göstəricilər ABŞ iqtisadiyyatının inkişaf istiqamətində yüksələn templə irəlilədiyinin göstəricisidir.

Cari həftə ABŞ da həm iqtisadi proqnozlar, həm də uçot faiz dərəcəsi ilə bağlı açıqlamalar olacaq.

Beləliklə, FES pul kredit siyasəti istiqamətində növbəti addımlarını mətbuat konfransında açıqlayacaq.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 105.41, 106.00

- Eniş hədəfləri: 104.50, 104.00

Yeni Zelandiya

21 sentyabr

02:45 – ÜDM Göstəricisi (2-ci rüb).

NZD/USD cütlüyü ötən həftə öz neytrallığını qoruyub saxlaya bilib.

Amerika və Avropa bazarlarında baş verən qeyri stabillik Yeni Zelandiya Dollarını qismən hərəkətə gətirsə də,

əsaslı hərəkət üçün lokal göstəricilərin təsiri daha önəmli hesab olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.5940, 0.6030

- Eniş hədəfləri: 0.5830, 0.5700

Qızıl

Qızıl ötən həftə qismən bahalaşsa da, ümumilikdə öz neytrallığını qoruyub saxlaya bilib.

Qızıl artıq uzun müddətdir ki, tarixi maksimum səviyyəsi ətrafında ticarət olunur və proqnozlara görə,

yaxın 12 ay ərzində qızılın qiyməti 2500$ üzərində qərarlaşa bilər.

Bunu dəstəkləyəcək əsas səbəb kimi FES pul-kredit siyasətində artıq geriyə doğru addım atacağı,

bununla da ilk öncə dollarda, daha sonra isə fond bazarında enişlərin müşahidə olunacağı göstərilir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1935.00, 1955.00

- Eniş hədəfləri: 1900.00, 1880.00

Neft

Neft qiyməti qlobal defisit fonunda 10 aylıq maksimum səviyyəsinə yüksəlib.

Beynəlxalq Enerji Agentliyi bildirib ki, Səudiyyə Ərəbistan və

Rusiya tərəfindən hasilat həcminin azaldılması bazarda 4-cü rübdə də tələbatın yüksəlməsinə təsir göstərəcək.

WTI markalı neft iyun ayından indiyədək 30% bahalaşaraq 90$ sərhədinə yaxınlaşır.

Qiymət artımının Çin və ABŞ-da tələbatın yüksəlməsi fonunda davam edəcəyi gözlənilir.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 97.00, 101.00

- Eniş hədəfləri: 91.00, 87.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 94.00, 98.00

- Eniş hədəfləri: 87.00, 83.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close